Azərbaycan Milli Elmlər Akademiyası
Sosial Elmler
Azərbaycan Milli Elmlər Akademiyası
Sosial Elmler

Jurnal haqqında

 

 

 

 

AMEA-nın “Sosial elmlər” jurnalı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 iyul 2019-cu il tarixli 12/15 nömrəli qərarı ilə təsis olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirlyi Mətbu nəşrlərin reyestrinə 29.01.2021-ci il tarixli №4327 nömrəsi ilə daxil edilmişdir. Jurnala beynəlxalq indeksi verilmişdir (ISSN: 2710-0820). Jurnal “AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” adlı jurnalın dəvamıdır. “Sosial elmlər” jurnalında sosial elmləri əhatə edən elmi məqalələr, resenziyalar və elmi həyata aid xəbərlər çap olunur. Jurnal ildə iki dəfə nəşr edilir.

REDAKSİYA HEYƏTİ

Baş redaktor:

akademik
Nərgiz AXUNDOVA

Baş redaktorun müavini:

akademik
Yaqub MAHMUDOV

Məsul katib:

tarix üzrə fəlsəfə doktoru
Lamiyə QAFAR-ZADƏ

Redaksiya heyətinin üzvləri:

  • akademik
    Nailə Vəlixanlı
  • akademik
    Gövhər Baxşəliyeva
  • akademik
    İsmayıl Hacıyev
  • akademik
    Şahin Mustafayev
  • AMEA-nın müxbir üzvü
    Musa Qasımlı
  • AMEA-nın müxbir üzvü
    Könül Bünyadzadə
  • fəlsəfə elmləri doktoru
    İlham Məmmədzadə
  • iqtisad elmləri doktoru
    Nazim İmanov
  • hüquq elmləri doktoru
    Aytən Mustafazadə
  • tarix elmləri doktoru
    Məryəm Seyidbəyli
  • tarix elmləri doktoru
    Nəcəf Müseyibli
  • hüquq elmləri doktoru
    Ayxan Rüstəmzadə
  • antropologiya elmləri doktoru
    Əliağa Məmmədli
  • doktor, professor, Türkiyə
    Selma Yel
  • doktor, professor, Türkiyə
    Toğrul İsmayıl
  • doktor, professor, Rusiya Federasiyası
    İqor Turitsın
  • doktor, Böyük Britaniya
    Hakim Elnazarov
  • professor, Cənubi Koreya
    Djozgil Kim
  • doktor, professor, Polşa
    Jozef Tumanovski
  • doktor, Polşa
    Pavel Stavarz
  • doktor, professor, Qazaxıstan
    Meruyert Abuseitova

Müəlliflərə

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ “SOSİAL ELMLƏR JURNALI”NA TƏQDİM OLUNAN MƏQALƏLƏR ÜÇÜN TƏLƏBLƏR

  1. “Sosial Elmlər Jurnalı” orijinal elmi tədqiqatların nəticələrini və elmi yenilikləri təqdim edən, elmi və praktiki əhəmiyyət kəsb edən məqalələri dərc edir.
  2. Məqalələr, rəylər və digər materiallar Azərbaycan, rus və ya ingilis dillərində elektron poçt vasitəsilə [email protected]  ünvanına təqdim edilə bilər.
  3. Məqalə yalnız müvafiq elmi və ya ali təhsil müəssisəsinin şöbəsində (kafedrada) aparılan müzakirələr nəticəsində müsbət qiymətləndirildikdən sonra dərc üçün tövsiyə edilə bilər. Müəllif redaksiyaya Elmi Şuranın iclas protokolundan çıxarış təqdim etməlidir.
  4. Redaksiyaya təqdim olunan hər bir məqalə müəllifin ixtisas sahəsi üzrə iki anonim ekspertə rəy üçün göndərilir. Qiymətləndirmə prosesində iki müsbət rəy alan məqalələr dərc üçün qəbul edilir.
  5. Məqalənin həcmi 8–12 səhifə olmalıdır (şəkillər, cədvəllər, qrafiklər, əlavələr, ədəbiyyat siyahısı və xülasələr daxil olmaqla). Mətn Times New Roman, 12 punkt, tək sətir aralığı ilə yazılmalıdır.
  6. Hər bir məqalədə UOT indeksi və açar sözlər göstərilməlidir. Açar sözlər məqalənin dilində və iki əlavə dildə (xülasələrdə) təqdim edilməli və ən azı beş termindən ibarət olmalıdır.
  7. Məqalədə istifadə olunan bütün mənbələr və ədəbiyyat əsas mətndən sonra ayrıca bölmədə “Ədəbiyyat” başlığı altında göstərilməlidir. Mənbələrə istinadlar və biblioqrafik təsvirlər APA (American Psychological Association) beynəlxalq standartına uyğun hazırlanmalıdır (https://apastyle.apa.org/ ). Mənbələrdə müəllifin soyadı, nəşr ili, əsərin adı, nəşriyyat məlumatları və digər zəruri biblioqrafik məlumatlar göstərilməlidir. Elektron resurslara istinad edərkən URL və giriş tarixi göstərilməlidir.
  8. Ədəbiyyat siyahısından sonra məqalənin xülasəsi yerləşdirilməlidir. Azərbaycan dilində yazılmış məqalələr üçün xülasələr əvvəlcə ingilis, sonra rus dilində verilməlidir; rus dilində yazılmış məqalələr üçün xülasələr əvvəlcə azərbaycan, sonra ingilis dilində təqdim olunmalıdır. Hər xülasənin əvvəlində məqalənin adı, müəllifin adı və soyadı, müəllifin işlədiyi müəssisə və ölkə göstərilməlidir. Fərqli dillərdəki xülasələr bir-birinə uyğun olmalı və məqalənin məzmununu dəqiq əks etdirməlidir. Xülasədə müəllifin əldə etdiyi elmi nəticələr, işin yeniliyi və praktiki əhəmiyyəti qısa şəkildə göstərilməlidir. Xülasənin həcmi 150–250 söz olmalıdır.

Qeydlər:

  • Tələblərə uyğun olmayan və ya ciddi elmi və ya qrammatik səhvlər ehtiva edən məqalələr dərc olunmayacaq.
  • Redaksiyaya təqdim olunan əlyazmalar müəlliflərə geri qaytarılmır.
  • Redaksiya mətnə redaktə dəyişiklikləri və ixtisarlar etmə hüququnu özündə saxlayır.
  • Redaksiya heyəti məqalənin elmi məzmununa, faktların düzgünlüyünə, irəli sürülən arqumentlərə və müəllifin nəticə və şərhlərinə görə məsuliyyət daşımır. Məqalədə ifadə olunan baxışlar və fikirlər yalnız müəllifə məxsusdur və redaksiya heyətinin rəsmi mövqeyini əks etdirmir.

Məqalənin strukturu aşağıdakı ardıcıllıqla qurulmalıdır:

- Məqalənin UOT indeksi

- Müəllifin adı və soyadı

- Müəllifin çalışdığı yer, vəzifəsi, elmi dərəci və elmi adı, təmsil etdiyi ölkə və e-mail ünvanı

- Məqalənin adı

- Məqalənin yazıldığı dildə açar sözlər

- Məqalənin mətni

- Ədəbiyyat siyahısı

- Məqalənin yazıldığı dildən əlavə digər iki dildə yazılmış xülasələr və açar sözləri.

Qoyulan tələblərə cavab verməyən, ciddi elmi, qrammatik səhvləri olan məqalələr dərc edilmir.. Redaksiyaya təqdim olunan əlyazmalar geri qaytarılmır. Redaksiya heyəti məqalələrdə redaktə xarakterli dəyişikliklər və ixtisarlar aparmaq hüququnu saxlayır.

Məqalə təqdim etmək üçün məlumatları doldurun və məqalə faylı olan sənədi aşağıdakı formaya əlavə edin. Qeyd ilk bölməyə Məqalənin özü, ikinci bölməyə isə çıxarış yüklənilməlidir

Əlaqə

Telefon:
(+99412) 4925180
Mobil telefon:
(+99455) 5581080
Ünvan:
AZ1001, Azərbaycan Respublikası, Bakı şəh., İstiqlaliyyət küç., 30