Azərbaycan Milli Elmlər Akademiyası
Sosial Elmler
Azərbaycan Milli Elmlər Akademiyası
Sosial Elmler

Jurnal haqqında

 

 

 

 

AMEA-nın “Sosial elmlər” jurnalı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 iyul 2019-cu il tarixli 12/15 nömrəli qərarı ilə təsis olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirlyi Mətbu nəşrlərin reyestrinə 29.01.2021-ci il tarixli №4327 nömrəsi ilə daxil edilmişdir. Jurnala beynəlxalq indeksi verilmişdir (ISSN: 2710-0820). Jurnal “AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” adlı jurnalın dəvamıdır. “Sosial elmlər” jurnalında sosial elmləri əhatə edən elmi məqalələr, resenziyalar və elmi həyata aid xəbərlər çap olunur. Jurnal ildə iki dəfə nəşr edilir.

REDAKSİYA HEYƏTİ

Baş redaktor:

akademik
Nərgiz AXUNDOVA

Baş redaktorun müavini:

akademik
Yaqub MAHMUDOV

Məsul katib:

tarix üzrə fəlsəfə doktoru
Lamiyə QAFAR-ZADƏ

Redaksiya heyətinin üzvləri:

  • akademik
    Nailə Vəlixanlı
  • akademik
    Gövhər Baxşəliyeva
  • akademik
    İsmayıl Hacıyev
  • akademik
    Şahin Mustafayev
  • AMEA-nın müxbir üzvü
    Musa Qasımlı
  • AMEA-nın müxbir üzvü
    Könül Bünyadzadə
  • fəlsəfə elmləri doktoru
    İlham Məmmədzadə
  • iqtisad elmləri doktoru
    Nazim İmanov
  • hüquq elmləri doktoru
    Aytən Mustafazadə
  • tarix elmləri doktoru
    Məryəm Seyidbəyli
  • tarix elmləri doktoru
    Nəcəf Müseyibli
  • hüquq elmləri doktoru
    Ayxan Rüstəmzadə
  • antropologiya elmləri doktoru
    Əliağa Məmmədli
  • doktor, professor, Türkiyə
    Selma Yel
  • doktor, professor, Türkiyə
    Toğrul İsmayıl
  • doktor, professor, Rusiya Federasiyası
    İqor Turitsın
  • doktor, Böyük Britaniya
    Hakim Elnazarov
  • professor, Cənubi Koreya
    Djozgil Kim
  • doktor, professor, Polşa
    Jozef Tumanovski
  • doktor, Polşa
    Pavel Stavarz
  • doktor, professor, Qazaxıstan
    Meruyert Abuseitova

Müəlliflərə

  1. “Azərbaycan Milli Elmlər Akademiyasi Sosial Elmlər” jurnalında orijinal elmi tədqiqatların nəticələrini özündə ehtiva edən, elmi yeniliyi, mühüm elmi və təcrübi əhəmiyyəti olan məqalələr çap edilir.
  2. Materiallar (məqalə, resenziya və s.) Azərbaycan, rus və ingilis dillərində çap şəkildə, elektron daşıyıcıda və ya e-mail ([email protected]) vasitəsi ilə təqdim edilə bilər.
  3. Məqalə elmi (ali təhsil) müəssisənin müvafiq şöbəsində (kafedrasında) müzakirə edilərək müsbət rəy aldıqdan sonra elmi şurasında çapa məsləhət görülməlidir. Müəllif elmi şuranın iclasının protokolundan çıxarışını redaksiyaya təqdim etməlidir.
  4. Redaksiyaya təqdim olunmuş məqalə müəllifin ixtisasına uyğun iki anonim eksperta rəyə göndərilir. Rəyləşdirmə prosesi nəticəsində iki müsbət rəy almış müəlliflərin məqalələri çapa göndərilir.
  5. Məqalənin həcmi 6-12 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr, ədəbiyyat siyahısı, xülasələr daxil olmaqla) olmalıdır. Məqalələrin mətnləri Times New Roman – 12 şrifti ilə, 1 sətirarası intervalla çap olunmalıdır.
  6. Hər bir məqalədə UOT indekslər və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməli və ən azı 5 sözdən ibarət olmalıdır.
  7. Məqalədə istifadə edilmiş mənbələr və ədəbiyyat çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) məqalənin mətnindən sonra Ədəbiyyat siyahısı başlığı altında verilməli, əlifba sırası ilə, ardıcıl nömrələnərək siyahıda göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları barədə” qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin tələbləri əsas götürülməlidir (daha ətraflı bax: http://aak.gov.az).
  8. Istifadə olunmuş ədəbiyyat siyahısından sonra məqalənin xülasəsi verilməlidir. Azərbaycan dilində olan məqalələr üçün xülasə əvvəlcə ingilis, sonra rus dillərində, rus dilində olan məqalələr üçün isə əvvəlcə Azərbaycan, sonra ingilis dillərində tərtib edilməlidir. Hər bir xülasənin başında məqalənin adı, müəllifin adı, soyadı, təmsil etdiyi müəssisə və ölkə göstərilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun olmalıdır. Məqalədə müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr 100-200 sözdən ibarət olmalıdır.

Məqalənin strukturu aşağıdakı ardıcıllıqla qurulmalıdır:

- Məqalənin UOT indeksi

- Müəllifin adı və soyadı

- Müəllifin çalışdığı yer, vəzifəsi, elmi dərəci və elmi adı, təmsil etdiyi ölkə və e-mail ünvanı

- Məqalənin adı

- Məqalənin yazıldığı dildə açar sözlər

- Məqalənin mətni

- Ədəbiyyat siyahısı

- Məqalənin yazıldığı dildən əlavə digər iki dildə yazılmış xülasələr və açar sözləri.

Qoyulan tələblərə cavab verməyən, ciddi elmi, qrammatik səhvləri olan məqalələr dərc edilmir.. Redaksiyaya təqdim olunan əlyazmalar geri qaytarılmır. Redaksiya heyəti məqalələrdə redaktə xarakterli dəyişikliklər və ixtisarlar aparmaq hüququnu saxlayır.

Məqalə təqdim etmək üçün məlumatları doldurun və məqalə faylı olan sənədi aşağıdakı formaya əlavə edin. Qeyd ilk bölməyə Məqalənin özü, ikinci bölməyə isə çıxarış yüklənilməlidir

Əlaqə

Telefon:
(+99412) 4925180
Mobil telefon:
(+99455) 5581080
Ünvan:
AZ1001, Azərbaycan Respublikası, Bakı şəh., İstiqlaliyyət küç., 30